Ramil Quliyev "Fənərbağça" Klubunda yeni vəzifəyə təyin olunub

Ramil Quliyev Fənərbağça Klubunda yeni vəzifəyə təyin olunub
İdman 121

Azərbaycan əsilli keçmiş atlet Ramil Quliyev Türkiyənin "Fənərbağça" İdman Klubunda yeni vəzifəyə təyin olunub.

BAKU.WS xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi internet səhifəsində açıqlama verilib. Bildirilib ki, Ramil Quliyev klubun Atletika Departamentinə rəhbərlik edəcək.

Xatırladaq ki, Ramil Quliyev Türkiyə milli komandasının heyətində çıxış edərək dünya və Avropa çempionu adlarını qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər