Rafael Fiziyevin Geyci ilə mümkün döyüşünün vaxtı bəlli olub

24
avq
2022
16:30
Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyevin ABŞ təmsilçisi Castin Geyci ilə mümkün döyüşünün vaxtı açıqlanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, görüş bu il dekabrın 10-da Las-Veqasdakı UFC-282 turnirində baş tuta bilər. Bu, təşkilatın cari ildəki son tədbiri olacaq.
Döyüşçülərin özləri hələlik bununla bağlı heç bir açıqlama verməyiblər.
Qeyd edək ki, Rafael Fiziyev son döyüşündə braziliyalı Rafael dos Anyusu məğlub edib.
Oxşar xəbərlər
Rafael Fiziyev 4 gündə yediyi qoyun sayını açıqladı - FOTO
"Azərbaycan dili üzərində çalışıram və öyrənəcəyimə söz verirəm". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Azərbaycan əsilli MMA döy...
