Qurban Qurbanovdan "Nyukasl"la matçda Toral Bayramovun gülməsinə reaksiya
"Sami Mmaenin heyətdən kənarlaşdırılmasının səbəbi idman nizam-intizam qaydalarını pozmasıdır".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, bəzi nüansları açıqlamağa ehtiyac yoxdur:
"Futbolda belə hallar olur. Bir çox klublar oyunçulara qarşı belə addımlar atırlar. Bizdə bu hallar az olsa da, bəzən bu addımı atmaq lazım gəlir".
Baş məşqçi ilk oyunda ehtiyat oyunçular skamyasında Toral Bayramovun gülməsi barədə də danışıb:
"Toralın o epizodda gülməsi, ola bilsin, həmin epizoda qədər nəyəsə gülürdülər və belə mənzərə ortaya çıxmışdı. Xırdalıqlara getməyə ehtiyac yoxdur. Kimə irad bildirmək lazımdırsa, yaxşı səviyyədə bildirilib".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" - "Nyukasl Yunayted" oyunu 1:6 hesabı ilə bitib.
Oxşar xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb. BAKU.WS xəbər verir ki, seçmə komandamızın üzvü "Şüa İdman Kompleksi"ndə rekorda...