Qurban Qurbanova sərvət dəyərində nömrə hədiyyə edilib?
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov tərəfindən bahalı avtomobil nömrəsi hədiyyə edildiyinə dair məlumatlar yayılıb. Məlumatda generalın Ağdam klubunun çalışdırıcısına 77-QQ-777 dövlət nömrə nişanını bağışladığı vurğulanıb.
Məsələ ilə bağlı "Qarabağ" klubunun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev "Qafqazinfo"ya açıqlama verib.
Klub rəsmisi yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:
"Bu xəbər nəyə əsasən ortaya atılıb, bizə məlum deyil. Xəbər reallığı əks etdirmir. Yayılan fotodakı nə avtomobilin, nə də həmin nömrənin Qurban Qurbanova aidiyyəti var".
Oxşar xəbərlər
“Sabah” bəyanat yayıb: “Coy Lens Mikelsin fikirləri bizi təəssüfləndirdi”
“Sabah” klubu komandadan ayrılan Coy Lens Mikelslə bağlı bəyanat yayıb. “Report”un məlumatına görə, paytaxt təmsilçisi sosial şəbəkə vasitəsi ilə klub haqda tən...