Qurban Qurbanov: Turnirə bu cür başlayacağımızı gözləmirdim
Yeniliklərdən dərhal xəbərdar olun
"Bir neçə epizodumuz oldu ki, rəqibi əks-hücumda tuta bilərdik, amma dəqiqlik çatmadı. Bu çempionat belədir, yalnız final fitindən sonra qalib gəldiyini başa düşürsən. Çünki bura Çempionlar Liqasıdır və istənilən nəticə ola bilər".
BAKU.WS-in məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Danimarkanın "Kopenhagen" komandasına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O, qələbəni belə şərh edib: "Tam olaraq turnirə bu cür başlayacağımızı gözləmirdim. Buna səbəb Çempionlar Liqasının ağırlığı idi. Lakin futbolçularıma inanırdım. Ehtiyat edirdik ki, bəzi futbolçular öz potensialını göstərə bilməsin. Şükrlər olsun ki, hər biri ilk oyunundan turnirə uyğunlaşdılar.
Gələcək matçlarda da yaxşı nəticə qazanmaq istəyirik. Çempionlar Liqasının dadını çıxarmaq istəyirik".
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...