Qurban Qurbanov "Şamaxı" oyunu öncəsi stadionu QARDAN TƏMİZLƏDİ
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının 19-cu turu çərçivəsində baş tutacaq "Şamaxı"-"Qarabağ" qarşılaşması ərəfəsində stadionda qardan təmizləmə işləri aparılır. Qarlı hava şəraitinə baxmayaraq, meydanın oyuna hazır vəziyyətə gətirilməsi üçün işlər fasiləsiz davam edir.
BAKU.WS xəbər verir ki, diqqətçəkən məqamlardan biri isə "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovun da prosesə qoşulması olub. Təcrübəli mütəxəssis stadion əməkdaşları ilə birlikdə qarın təmizlənməsində iştirak edib.
Qurban Qurbanovun bu anlarını əks etdirən görüntülər jurnalist Şakir Eminbəyli tərəfindən sosial şəbəkələrdə paylaşılıb və qısa zamanda maraq doğurub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...