Qurban Qurbanov "Molde" ilə oyun öncəsi "Qarabağ"ın son vəziyyətini AÇIQLADI

Qurban Qurbanov Molde ilə oyun öncəsi Qarabağın son vəziyyətini AÇIQLADI
İdman 141

"Məni narahat edən UEFA-nın qərarı gec bildirməsidir. Püşkdən sonra desəydilər ki, görüş neytral meydanda olacaq, bizə daha rahat olardı.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə qarşı keçirəcəkləri matçdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, matça bir həftə qalmış oyunun yerinin dəyişdirilməsi narahatlıq yaradıb: "Hər bir halda bütün qaydaları tətbiq edən UEFA-dır. Biz də bu qərara hörmət etməliyik".

Təcrübəli baş məşqçi zədəli Mahir Emrelinin görüşdə iştirakının sual altında olduğunu sözlərinə əlavə edib. O, bəzi oyunçuların da yüngül zədələrinin olduğunu vurğulayıb: "Çətinliklərə baxmayaraq rəqibi yetəri qədər analiz etmişik və matça ümidlə yollanırıq. Rəqib nizam-intizamlı komandadır və fərqli sistemdə oynayırlar. Bu turnirə çox ciddi hazırlaşdıqları görünür. Belə komandalara qarşı oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib, düzgün oyun qura biləcəyik".

Qeyd edək ki, sentyabrın 16-da "AEK Arena"da keçiriləcək "Qarabağ" - "Molde" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu cütün qalibi pley-off mərhələsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları 22-23 və 29-30 sentyabrda olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər