Qurban Qurbanov: "Komandada düzgün xarakter olmasa, nəticələr də gəlməz"
Komandada düzgün xarakter olmasa, nəticələr də gəlməz.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XXVI turunda "Karvan-Yevlax"a qarşı keçirilən matçdan sonra komandasının mövcud durumundan danışıb:
"Biz əvvəl uğursuz bir dövr yaşamışdıq, amma sonradan toparlanıb geri dönə bildik. Təbii ki, alınmayan oyunlar da olub. Daxili çətinliklər yaşanıb və bəzi futbolçular gözlədiyimiz səviyyədə çıxış etməyiblər. Komandamız həm potensiala, həm də təcrübəyə malikdir. Hər oyunda sona qədər mübarizə aparırıq ki, qələbə qazanaq. "Sabah" komandası yaxşı tarazlığa malikdir. "Neftçi", "Zirə" və "Turan Tovuz" son matçlarda öz oyunlarını inkişaf etdiriblər və sabit nəticələr göstərirlər. Hər qarşılaşmaya ciddi hazırlaşmalıyıq və uğur üçün lazım olan prinsiplərdən dönməməliyik".
Qeyd edək ki, "Qarabağ" - "Karvan-Yevlax" görüşü Ağdam təmsilçisinin 7:0 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər
Azərbaycan minifutbol millisinin Avropa çempionatında şansları necə dəyərləndirilir?
Baku TV-nin "İdmanda nə baş verir?" podkastının budəfəki buraxılışında minifutbol haqqında fikir mübadiləsi aparılıb. Azərbaycan minifutbol millisinin qarşıdakı...