Qurban Qurbanov: "Futbolçular qələbəyə layiq idi"

Qurban Qurbanov: Futbolçular qələbəyə layiq idi
İdman 95

"Bizim möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Birinci oyundan sonra hamı rəqibin fanatlarından danışırdı. Bizim tərəfdarlar daha möhtəşəmdir. 10 milyon azərbaycanlı bizimlə idi. Bu gün onu hiss etdik.

BAKU.WS-in Report-a istinadla məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Polşa "Lex"inə 5:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.

50 yaşlı mütəxəssis Polşa çempionuna qalib gəldiklərini bildirib: "Futbolçular bu oyuna tam hazır idilər. Hər birinə təşəkkür edirəm. Onlar qələbəyə layiq idilər".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər