Qurban Qurbanov: "Çox böyük təcrübə əldə edəcəyimiz oyundur"
"Çox böyük təcrübə əldə edəcəyimiz oyundur".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, bu, Azərbaycan futbol tarixində bir ilkdir:
"Nyukasl Yunayted" çox tanımış və köklü klubdur. Oyuna hazırlaşmağa vaxtımız az oldu. Oyunçularım oyuna çox diqqətli hazırlaşırlar və bu oyunu səbirsizliklə gözləyirlər. Rəqibi analiz etmişik. Bizə uyğun olmayan oyun stilləri var. Məncə, İngiltərədə heç bir komanda "Nyukasl Yunayted"ə qarşı oynamaq istəmir. Çünki onlar rəqibə öz oyununu oynamağa imkan vermirlər. Öz meydanımızda cəsarətli, ağıllı oyun oynamaq istəyirik. Rəqib bizi bir sıra komponentlərdə üstələsə də, oyunçularımın ən yaxşı oyununu oynayacağına inanıram".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunu sabah saat 21:45-də start götürəcək.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: "Nyukasl"la oyundan öncə "Qarabağ"ın açıq məşqi baş tutub
UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin "Nyukasl" klubu ilə üz-üzə gələcək "Qarabağ" oyundan əvvəl məşqə çıxıb. BAKU.WS "Report"a is...