Qubada Avropa standartlarına cavab verən stadionun inşası nəzərdə tutulub
Yeniliklərdən dərhal xəbərdar olun
Gələcəkdə Qubada Avropa standartlarına cavab verən stadionun inşası nəzərdə tutulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Səbail" futbol klubunun prezidenti Mirzə Bayrampur deyib.
O, yaxın gələcəkdə komandanın adının dəyişəcəyini və Qubaya köçəcəyini bildirib:
"Qubada baza tikməyi planlaşdırırıq. Bu, həmçinin uşaq futbolunun inkişafı üçün hesablanıb. Oyunlarımızı keçirmək üşün Quba Olimpiya İdman Komleksinin stadionuna müraciət etmişik. Müsbət cavab aldıqdan sonra ot örtüyünün dəyişdirilməsi və bir neçə vacib işlərə start veriləcək. Gələcəkdə Qubada Avropa standartlarına cavab verən stadionumuzun olmasını istəyirik".
Qeyd edək ki, "Səbail" 2026/2027 mövsümündə Azərbaycan I Liqasında mübarizə aparacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...