Qəbələdə keçiriləcək basketbol turnirinin iştirakçıları açıqlanıb

Qəbələdə keçiriləcək basketbol turnirinin iştirakçıları açıqlanıb
İdman 33

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin işirakçıları müəyyənləşib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yarışda Azərbaycan, Polşa, İtalya, Portuqaliya, Rumıniya yığmaları ilə yanaşı, "Barcelona Panthers" (İspaniya),"Warsaw Lotto"(Polşa) və ölkəmizi təmsil edəcək yeni yaranmış "Baku Flames" klubları da iştirak edəcək.

Qeyd edək ki, Qəbələki yarış builki Dünya Qadın Seriyasının sayca 3-cü mərhələsi olacaq. Turnir 2-3 iyunda gerçəkləşəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər