"Qəbələ" Azərbaycan Premyer Liqasında yeni rekorda imza atdı

Qəbələ Azərbaycan Premyer Liqasında yeni rekorda imza atdı
İdman 110

"Qəbələ” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünə ardıcıl üç qələbə ilə başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "qırmızı-qaralar” “Turan Tovuz” (2:0) və “Şamaxı”nın (3:1) ardınca “Kəpəz”i də məğlubiyyətə uğradıb – 3:0.

Bu, Premyer Liqada 2006/2007 mövsümündə debüt edən əyalət təmsilçisinin tarixində ən yaxşı startdır. Komanda bunadək mövsümün ilk üç turunda 9 xal toplamayıb.

Üç dəfə startda 7 xal yığmaq mümkün olub. 2015/16, 2016/17 və 2021/22 mövsümündə əldə olunan bu göstərici rekordla yenilənib.

“Qəbələ” dörd dəfə ilk iki qarşılaşmada qalib gəlsə də, III turda seriyası qırılıb. Buna 2007/08, 2008/09, 2013/14 və 2017/18 mövsümlərində təsadüf olunub. Cari çempionatda isə startdakı qələbə seriyası üçə yüksəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Premyer Liqa klublarının yay transferləri: Kimlər gəldi, kimlər getdi?

Premyer Liqa klublarının yay transferləri: Kimlər gəldi, kimlər getdi?

Azərbaycanın Premyer Liqa klubları artıq yay transfer çalışmalarına başlayıb. BAKU.WS Sports.az-a istinadən Premyer Liqa klublarının rəsmən açıqladıqları yeni t...

70 İdman 11:28 04 avqust 2022

Son xəbərlər