"Qarabağ"ın rəqibi ilə oyunda qanunazidd hərəkətlərə yol vermiş klub cəzalandırıldı

UEFA İntizam Komitəsi "Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Ferentsvaroş"la oyunda qanunazidd hərəkətlər etmiş "Slovan" klubunu cəzalandırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş tərəflərin ilk oyununda qonaq komandanın azarkeşləri irqçi hərəkətlərə yol verdiyinə görə Bratislava klubu 40 min avro məbləğində cərimələnib. Bunun 25 min avrosu meydana yad əşyalar atmağa, 15 min avrosu pirotexniki vasitələrdən istifadəyə görədir.
Bundan başqa, "Slovan" 11 avqustda "Olimpiakos"la (Yunanıstan) keçirəcəyi ev matçında C tribunasına azarkeş buraxa bilməyəcək. Həmin sektorda UEFA-nın emblemi və #NoToRacism sözü yazılmış şüar yer alacaq.
Həmçinin, Afinadakı matçda da qonaq sektoruna slovakiyalı azarkeşlər buraxılmayacaq. Bu hal bir daha təkrarlanacağı halda, "Slovan" azarkeşləri 2 il müddətinə heç bir səfər görüşlərinə buraxılmayacaq.
Qeyd edək ki, sözügedən görüşdə qonaq komanda 2:1 qalib gəlsə də, "Ferentsvaroş" Bratislavada "Slovan"ı 4:1 məğlub etməklə "Qarabağ"a rəqib olub.
Oxşar xəbərlər
Azərbaycan klublarının Konfrans Liqasındakı potensial rəqibləri azalıb
Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. BAKU.WS xəbər verir ki, Avropa futbol qurumu iyul...