"Qarabağ"ın növbəti mərhələki 53,05 milyonluq rəqibi "Ludoqorets" - FOTO

Qarabağın növbəti mərhələki 53,05 milyonluq rəqibi Ludoqorets - FOTO
İdman 106

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubu ilə qarşılaşacaq.

BAKU.WS xəbər verir ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionundakı ilk matç saat 20:00-da start götürəcək.

Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, "Ludoqorets" klubunun ümumi dəyəri 53,05 milyon avrodur. Komandaya Georgi Demendziyev baş məşqçilik edir. Klubun ən bahalı fubolçusu 6 milyon dəyərindəki Bernard Tekpeteydir. Klub ev oyunlarını 10 min 423 tamaşaçı tutumu olan "Huvepharma Arena"da keçirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər