"Qarabağ"ın Belçika klubu ilə oyunlarının başlama saatı bəlli olub
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika "Gent"inə qarşı keçirəcəyi oyunların başlama saatı açıqlanıb.
"Report"un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, 2023-cü il fevralın 16-da Bakıda gerçəkləşəcək ilk qarşılaşma saat 21:45-də start götürəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.
Fevralın 23-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında yer aldığı G qrupunu 3-cü pillədə başa vurduğu üçün Konfrans Liqasının pley-off mərhələsində iştirak hüququ qazanıb.
Oxşar xəbərlər
"Qarabağ"ın rəqibini yaxından tanıyaq - Milyonluq oyunçular
Ağdamın "Qarabağ" klubunun UEFA Konfrans Liqasında üz-üzə gələcəyi Belçikanın "Gent" klubunun dəyəri 68,2 milyon avrodur. BAKU.WS xəbər verir ki, Almaniyanın nü...