“Qarabağ”a çempionluq kubokunun verilməsi planında dəyişiklik olub
20
iyn
2020
15:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
2019/2020 mövsümünün qalibi elan edilmiş “Qarabağ” klubunun mükafatlandırılma mərasiminin vaxtı və planında dəyişiklik olub.
BAKU.WS Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, tədbir əvvəlcədən nəzərdə tutulduğu kimi saat 20:50-də deyil, 19:00-da keçiriləcək.
Ağdam klubuna çempionluq kuboku və qızıl medalların təqdim olunacağı mərasim canlı yayımlanmayacaq və KİV nümayəndələri üçün qapalı olacaq.
Tədbir "Azersun Arena"da keçiriləcək.
Medallar və kuboku PFL prezidenti Ramin Musayev klub rəhbərliyinə təqdim edəcək.
Oxşar xəbərlər
"Qarabağ"ın mükafatlandırılma mərasiminin vaxtı açıqlandı
Sabah “Azersun Arena”da Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün çempionu “Qarabağ”ın mükafatlandırılma mərasimi keçiriləcək. BAKU.WS PFL-in saytına is...