"Qarabağ" uşaqlara da biletləri pulsuz etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununun biletləri bu gün saat 15:00-dan satışa çıxıb.
BAKU.WS xəbər verir ki, "Qarabağ" bu dəfə 15 yaşına çatmayan uşaqlara jest edərək, onların stadiona girişinin pulsuz olduğunu açıqlayıb.
15 yaşadək uşaqlar valideynləri ilə birlikdə stadiona sərbəst daxil ola bilərlər.
"Qarabağ" bundan əvvəl xanımların stadiona girişinin pulsuz olacağını açıqlamışdı.
Qeyd edilib ki, uşaqların və onlarla stadiona gələcək valideynlərin, eləcə də xanımların biletlərini mütləq şəkildə oyun günü kassalardan əldə etmələri vacibdir. Çünki biletsiz giriş mümkün deyil.
Bu qaydanın hər kəsə aid olduğu və biletlərin yalnız oyun günü stadionun kassasından əldə etmək mümkün olacağı bildirilib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...