"Qarabağ" - "Tvente" matçının hakimləri açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın "Tvente" klubu ilə keçirəcəyi cavab qarşılaşmasının hakimləri müəyyənləşib.
BAKU.WS xəbər verir ki, avqustun 27-də Bakıda keçiriləcək görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakimi FIFA referisi Rohit Saqqi olacaq. Ona həmyerliləri Anders Olav Dale və Ole Andreas Haukasen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Marius Hansen Qrotta yerinə yetirəcək.
VAR sistemində Kristoffer Haqenes, AVAR-da isə avstriyalı Alan Kijas fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Qarabağ" - "Tvente" qarşılaşması avqustun 27-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Komandalar arasında ilk oyun isə avqustun 20-də Niderlandda baş tutacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...