"Qarabağ" tarixinin ən bahalı transferini etməyə yaxındır - Fransadan hücumçu gətirir
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" yeni hücumçu transferini reallaşdırmağa yaxındır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "atlılar" Fransanın "Loryan" klubunun seneqallı hücumçusu Sambo Sumano üçün rəsmi təklif göndərib.
İtaliyalı jurnalist Rudi Qalettinin "X" sosial şəbəkəsində paylaşdığı məlumata görə, Azərbaycan çempionu futbolçu üçün 2.5 milyon avro və əlavə olaraq 500 min avro bonus ödəməyə hazırdır.
Mənbəyə əsasən, "Qarabağ"ın təqdim etdiyi maaş paketi hücumçu ilə maraqlanan digər klubların təkliflərini də üstələyir. Məlumatda qeyd edilir ki, sabah Sambo Sumanonun gələcəyi ilə bağlı həlledici gün olacaq. Əgər keçid baş tutsa, Sambo "Qarabağ" tarixinin ən bahalı transferi ola bilər.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...