"Qarabağ" qələbəsi ilə Avropanın məşhur klublarını geridə qoydu - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Konfrans Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın "Kayrat" klubunu məğlub etməsindən sonra təmsilçimiz UEFA reytinqində irəliləyib.
BAKU.WS xəbər verir ki, ağdam təmsilçisi UEFA reytinqində Avropanın sayılmış-seçilmiş klublarını geridə qoymağı bacarıb.
Bu görüşədək Avropada 69-72-ci yerləri bölüşən təmsilçimiz artıq 63-66-cı pillələrə şərikdir. Siyahıda "Qarabağ"dan aşağı pillədə qərarlaşan tanınmış klubların bir neçəsini təqdim edirik: "Volfsburq", "AZ Alkmaar", "Lill", "Vest Hem Yunayted", "Lester Siti", "Everton ", "Şalke 04", "Real Betis", "Espanyol", "Monako" və digərləri.
Oxşar xəbərlər
“Qarabağ” UEFA reytinqində 6 pillə İRƏLİLƏDİ
Avrokubokların qrup mərhələsinin III turu başa çatıb. BAKU.WS modern.az-a istinadən xəbər verir ki, turun görüşlərindən sonra klubların UEFA reytinqi açıqlanıb....