"Qarabağ" Premyer Liqada növbəti qələbəsini qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının XIII turunda "Qarabağ" doğma meydanda "Karvan-Yevlax"a qalib gəlib.
"Azərsun Arena" baş tutan matçda meydan sahibləri 2:0 hesablı qələbə qazanıblar.
Ağdam təmsilçisinin heyətində Emanuel Addai (79) və Nəriman Axundzadə (89) fərqləniblər
"Qarabağ" 29 xalla turnir cədvəlinə başçılıq edir. 5 xalı olan "Karvan-Yevlax" isə sonuncu - 12-cidir.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" "Kəpəz"i 2:0, "Sabah" "İmişli"ni 3:0 hesabı ilə məğlub edib. "Turan-Tovuz" - "Neftçi" görüşündə isə hesab açılmayıb.
Tura noyabrın 30-da yekun vurulacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...