"Qarabağ" Portuqaliyadan yeni transferə HAZIRLAŞIR

Qarabağ Portuqaliyadan yeni transferə HAZIRLAŞIR
Foto
İdman 53

"Qarabağ" futbol klubu Portuqaliyanın "Kaza Piya" komandasından 26 yaşlı mərkəz müdafiəçisi Joau Qulartı transfer etməkdə israrlıdır.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Alvaro Paçekonun komandaya gəlişindən bəri mütəmadi olaraq ilk onbirlikdə yer alan Joau Qulart bir sıra xarici klubların, xüsusən də "Qarabağ" komandasının diqqətini özünə cəlb etməyi bacarıb.

Qeyd edilib ki, Azərbaycan təmsilçisi müqavilə müddəti 2027-ci ilə qədər davam edəcək 26 yaşlı mərkəz müdafiəçisi ilə daha əvvəl də yaxından maraqlanıb. Məhz buna görə də klub rəhbərliyi onun bu yay baş tuta biləcək transferinə olduqca müsbət yanaşır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər