"Qarabağ" "Olimpiya" ilə oyunun yayımlanmamasına münasibət bildirib
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağ" klubu Sloveniyada "Olimpiya"ya qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun Azərbaycanda yayımlanmamasına münasibət bildirib.
BAKU.WS xəbər verir ki, "köhlən atlar" bu barədə rəsmi feysbuk hesabından paylaşın edib.
"Hörmətli azarkeşlər, "Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürüb. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlaya bilmir.
Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır", - deyə yazıda vurğulanıb.
Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və "Qarabağ" 2:0 hesabı ilə öndədir.
Oxşar xəbərlər
Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub. Q...