“Qarabağ” – “Olimpiakos” oyununun hakimləri məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda "Qarabağ" və Yunanıstan "Olimpiakos"u arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu üçün təyinatlar açıqlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Craig Pavsona Lee Betts və İan Hussin laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını John Brooks yerinə yetirəcək.
Darren Jon Herbert VAR hakimi, Peter Bankes isə onun köməkçisi olacaq. Hakim-inspektor norveçli Jon Skjervold, UEFA nümayəndəsi Bosniya və Herseqovinadan olan Milan Jankoviçdir.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq. "Köhlən atlar" III turda Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.
Oxşar xəbərlər
Avropa Liqası: "Qarabağ" "Olimpiakos"u darmadağın etdi - YENİLƏNİB
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. "Qarabağ" G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olub. "Georgios K...