"Qarabağ" - "Nyukasl" oyununa 27500 bilet satılıb
Sabah UEFA Çempionlar Liqasının pleyy-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Nyukasl" oyununa 27500 bilet satılıb.
BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Görüşdə standart biletlərin qiyməti belədir:
10, 15, 25, 35, 40, 50, 75 AZN
VIP sektorlar: 200, 250, 300 və 400 AZN
VVIP sektorlar: 1000 AZN
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlərimiz iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilər.
Oxşar xəbərlər
"Qarabağ"ın oyunu ilə bağlı metroda iş vaxtı uzadılacaq
"Bakı Metropoliteni" QSC fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində "Qarabağ" və İngiltərənin "Nyukasl Yunayted" klubları arasıda keçiriləcək qarşılaşma...