"Qarabağ" - "Kopenhagen" oyununun bu biletləri satışa çıxan kimi TÜKƏNDİ
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Kopenhagen" (Danimarka) oyunu üçün bilet satışına böyük maraq müşahidə olunub.
BAKU.WS xəbər verir ki, oyunun biletləri satışa çıxarıldıqdan dərhal sonra 5 və 10 manatlıq kateqoriyalara aid olan biletlər tükənib.
Azarkeşlər əsasən daha əlçatan qiymətə olan biletlərə üstünlük verib. Bunun nəticəsində satış platformasında növbə sayı xeyli artıb və saytda sıxlıq yaranıb. Hazırda 30 və 40 manatlıq biletlər məhdud sayda qalıb. Daha bahalı biletlər isə sayca xeyli çoxdur.
Qeyd edək ki, standart biletlərin qiymətləri 5, 10, 30, 40, 50, 75 manat, VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar üçün 500 manatdır.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...