"Qarabağ" klubu transferlərdən neçə milyon qazandı? - MƏBLƏĞ - FOTO

Qarabağ klubu transferlərdən neçə milyon qazandı? - MƏBLƏĞ - FOTO
İdman 134

Ağdam təmsilçisi "Qarabağ" klubu qış transfer pəncərəsi zamanı 3 futbolçusunu satıb.

BAKU.WS-in məlumatına görə, klub bu transferlər nəticəsində büdcəsini xeyli artırıb.

Belə ki, nüfuzlu Almaniya portalı olan "Transfermarkt"dəki rəqəmlərə əsasən, "Qarabağ" klubu təkcə 3 transferdən 3,3 milyon avro (6 milyon AZN) qazanıb.

"Köhlən atlar"ın düşərgəsini Kadi Borges - 2 milyon avro, İbrahima Vadji - 1 milyon avro və Kvabena Ovusu - 300 min avroluq transferlə tərk edib.

Qeyd edək ki, adı çəkilən futbolçular "Qarabağ"ı Rusiyanın "Krasnodar", Fransanın "Sent Etyenn" və Macarıstanın "Ferentsvaroş" klublarına dəyişiblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər