"Qarabağ" klubu Maksim Medvedevin etirazına görə cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Əvəzedicilər Liqasının XXI turunda baş tutan qalmaqallı "Qarabağ-2" - "Sabah-2" qarşılaşması ilə bağlı yekun qərar açıqlanıb.
BAKU.WS xəbər verir ki, müvafiq qərarı AFFA-nın İntizam Komitəsi qəbul edib.
Məlumata görə, "Qarabağ-2"nin baş məşqçisi Maksim Medvedev oyunun 43-cü dəqiqəsində hakimin qərarlarına sərt etiraz bildirərək komandasını meydandan çıxarıb. Qısa fasilədən sonra kollektiv yenidən yaşıl meydançaya qayıdıb və matç davam etdirilib.
Yaşanan bu insident cəzasız qalmayıb və müvafiq intizam tədbiri görülüb. Komitənin qərarına əsasən, "Qarabağ-2" komandası 1000 manat məbləğində cərimələnib.
Qeyd edək ki, cəzalar yalnız Ağdam klubu ilə yekunlaşmayıb. Oyundan sonra paltardəyişmə otağına ziyan vuran "Sabah-2" barəsində də ölçü götürülüb. Arenanın əmlakına dəyən maddi zərər Masazır təmsilçisi tərəfindən tam ödəniləcək.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...