"Qarabağ"ın zədəli futbolçularının son durumu AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" futbol klubunun düşərgəsindəki zədəli oyunçuların son durumu bəlli olub.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, komandanın əsas müdafiəçisi Bəhlul Mustafazadə artıq bərpa prosesinin növbəti mərhələsinə keçib. O, hazırda ümumi kollektivdən kənarda - yalnız fərdi proqram əsasında məşqlərini davam etdirir.
Komandanın gənc hücumçusu Musa Qurbanlının isə yaxın bir həftə ərzində fərdi hazırlıq prosesinə qoşulacağı proqnozlaşdırılır.
Xatırladaq ki, "Qarabağ" klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın "Vestri" komandası ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 17-də, Bakı vaxtı ilə gecə yarısı - saat 00:00-da baş tutacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...