"Qarabağ"ın rəqibi futbolçusuna FANTASTİK QİYMƏT təyin etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Liverpul", "Arsenal" və "Mançester Siti" "Nyukasl Yunayted" futbol klubunun gənc ulduzu Entoni Qordona ciddi maraq göstərirlər.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 24 yaşlı cinah yarımmüdafiəçini heyətinə qatmaq uğrunda mübarizədə "Liverpul" daha şanslı görünür.
Qeyd olunur ki, "Nyukasl" istedadlı futbolçuya görə 85-95 milyon funt sterlinq (97.7-109.2 milyon avro) civarında təklif almayana qədər danışıqlara başlamayacaq.
İngiltərə yığmasının üzvü 2023-cü ilin yanvarından bəri "Nyukasl"da oynayır. O, bu mövsüm bütün yarışlarda 34 görüşdə meydana çıxıb, 10 qol vurub və beş məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, onun transfer dəyəri hazırda 60 milyon avrodur.
Qeyd edək ki, "Nyukasl" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda pley-off görüşlərində "Qarabağ"ın rəqibidir. Fevralın 18-də Azərbaycan təmsilçisi Bakıda "Nyukasl"ı qəbul edəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...