"Qarabağ"ın Portuqaliya klubları ilə BEŞİNCİ SINAĞI
Yeniliklərdən dərhal xəbərdar olun
Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" matçı sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
BAKU.WS-in məlumatına görə, "köhlən atlar" buna qədər UEFA Avropa Liqasında Portuqaliyanın "Sportinq" və "Braga" klubları ilə qarşılaşıb.
Bu, Ağdam təmsilçisinin Portuqaliya klubları ilə beşinci qarşılaşması olacaq.
2018-2019-cu mövsümündə Avropa Liqasının qrup mərhələsində baş tutan bu oyunlarda "Qarabağ" "Sportinq"ə 6:1 və 2:0 hesabı ilə uduzmuşdu.
2024-cü ildə isə Portuqaliyanın digər təmsilçisi "Braqa" ilə keçirilən ilk oyunda "Qarabağ" 4:2 hesabı ilə qalib gəlib. Bakıdakı cavab görüşündə "Braga" 3:2 hesabı ilə qalib gəlsə dəAğdam təmsilçisi mərhələ adlayıb.
Portuqaliya təmsilçiləri ilə qarşılaşmalarda qələbə, mərhələ adlamağı nəzərə alsaq, "Qarabağ"ın "Benfika" ilə matçda xal qazanmaq şansları heç də az deyil.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...