"Qarabağ"ın futbolçusu: "Atletik"ə qarşı layiqli mübarizə aparmaq istəyirik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" "Atletik" (Bilbao, İspaniya) komandasına qarşı layiqli mübarizə aparmağa çalışacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Kevin Medina mətbuat konfransında deyib.
Müdafiəçi səfərdə İspaniya təmsilçisi "Atletik"ə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"İstəyirik ki, rəqibə qarşı layiqli mübarizə aparaq. Tək Uilyams qardaşlarına qarşı deyil, ümumilikdə "Atletik" komandasına qarşı oynayacağıq. Niko və İnyaki dəyərli futbolçulardır. Ötən mövsüm yaxşı formada olmamışdım. Buna görə cari mövsüm matçlara yaxşı motivasiya ola bilirəm".
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...