"Qarabağ"ın futbolçularının qiyməti BAHALAŞDI - SİYAHI
"Qarabağ" futbol klubunun oyunçularının bazar qiymətlərində artım qeydə alınıb.
BAKU.WS-in məlumatına görə, cari ildə 24,15 milyon avro olan komandanın ümumi heyət dəyəri hazırda 28,50 milyon avroya yüksəlib.
Məlumat Transfermarkt portalının yenilənmiş göstəricilərində əksini tapıb. Qiymət artımı əsasən bir neçə futbolçunun bazar dəyərinin yüksəlməsi ilə bağlıdır.
Leandro Andradenin qiyməti 2,5 milyon avrodan 3 milyon avroya qalxıb və o, hazırda "Qarabağ"ın ən bahalı futbolçusudur.
Nəriman Axundzadənin bazar dəyəri isə 2 milyon avrodan 2,5 milyon avroya yüksəlib.
Polşalı qapıçı Mateuş Koxalski 1,5 milyon avrodan 2 milyon avroya, Toral Bayramov isə 1,5 milyon avrodan 1,8 milyon avroya bahalaşıb.
Komandanın digər aparıcı futbolçuları Kadi Borges (2,5 milyon avro) və Oleksiy Kaşçuk (1,8 milyon avro) əvvəlki qiymətlərini qoruyub saxlayıblar.
Qeyd edək ki, "Qarabağ"ın heyətində ümumilikdə 26 futbolçu yer alır. Komandanın orta yaş həddi 27,4, legionerlərin sayı isə 16 nəfərdir.
Oxşar xəbərlər
Azərbaycanda 2025-ci ilin ən yaxşı məşqçisinin adı məlum oldu
Gənclər və İdman Nazirliyi 2025-ci ilin idman yekunlarına həsr olunmuş ənənəvi tədbirini keçirib. BAKU.WS xəbər verir ki, "Buta Palace"da təşkil olunan mərasim...