"Qarabağ"ın "Dinamo Kiyev"lə səfər matçı üçün biletlər satışa çıxarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Dinamo Kiyev" - "Qarabağ" matçı üçün ayrılmış biletlər bu gündən onlayn satışa çıxarılır.
BAKU.WS xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat verib.
Qeyd olunub ki, Lyublin şəhərinin "Arena Lublin" stadionunda keçiriləcək oyunun "Qarabağ" azarkeşləri üçün ayrılmış biletlərin qiyməti 49 Polşa zlotısı (23 AZN) təşkil edir.
Azarkeşlərdən bilet alarkən e-mail ünvanlarını düzgün qeyd etmələri və bilet əldə edən şəxslərdən stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirmələri xahiş olunur.
Biletləri https://lublin.ticketsbox.com/en/event/away-fans-fc-dynamo-kyiv-qaraba-fk.html ünvanından əldə etmək olar.
Qeyd edək ki, "Dinamo" (Kiyev, Ukrayna) - "Qarabağ" matçı avqustun 6-ı Bakı vaxtı ilə 21:00-da, yerli vaxtla isə 19:00-da başlayacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...