Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri bu gün bəlli olacaq
28
avq
2025
09:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsində iştirak edəcək və bu gün rəqibləri bəlli olacaq.
BAKU.WS xəbər verir ki, məlumata görə, püşkatma mərasimi Monakoda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Tədbirdə "Qarabağ" rəhbərliyi də iştirak edəcək.
Liqa mərhələsində Ağdam klubu səkkiz rəqiblə qarşılaşacaq, oyunların dördü Bakıda, dördü isə səfərdə baş tutacaq.
Xatırladaq ki, turnirin əsas mərhələsində 36 komanda mübarizə aparacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...