"Qarabağ"ın "Çelsi" ilə oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək? - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasının Liqa mərhələsində çıxış edən "Qarabağ" klubunun "Çelsi" ilə qarşılaşmasını Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırdığı barədə iddialar yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
"Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev saytımıza açıqlamasında bildirib ki, iddialar əsassızdır.
"Oyunlar Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək", - deyə o vurğulayıb.
Qeyd edək ki, daha əvvəl "Qarabağ" Avropa kuboklarında bəzi matçlarını Bakı Olimpiya Stadionunda keçirsə də, hazırda komanda ev oyunlarını ənənəvi olaraq Tofiq Bəhramov adına Respublika Stadionunda oynayır.
Banu Hüseynli
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...