"Qarabağ" Avropa Liqasından milyonlar qazandı
"Qarabağ"nın geridə qalan mövsümdə UEFA Avropa Liqasındakı çıxışından əldə etdiyi gəlirin həcmi məlum olub.
BAKU.WS xəbər verir ki, məlumat UEFA-nın cari mövsümlə bağlı açıqladığı rəsmi maliyyə hesabatında yer alıb.
Sənədə əsasən, Azərbaycan çempionu turnirin əsas mərhələsində iştirakına görə büdcəsinə ümumilikdə 7 milyon 858 min avro əlavə edib.
Bu məbləğin 4 milyon 310 min avrosu komandanın liqa mərhələsinə vəsiqə qazanmasına görə ödənilib. Marketinq və yayım hüquqlarından əldə olunan gəlir 3 milyon 15 min avro təşkil edib.
Bundan başqa, Ağdam təmsilçisi əsas mərhələdə göstərdiyi nəticələrə görə 458 min avro, yekun reytinq sıralamasına əsasən isə əlavə 75 min avro qazanıb.
Beləliklə, "Qarabağ"ın Avropa Liqasındakı çıxışı klubun büdcəsinə milyonlarla avro qazanc gətirib.
Oxşar xəbərlər
"Qarabağ" klubunun prezidenti "Neftçi"yə təşəkkür edib
"Qarabağ" klubunun prezidenti Tahir Gözəl "Neftçi"yə təşəkkür edib. BAKU.WS xəbər verir ki, bu barədə "köhlən atlar"ın rəhbəri klubun mətbuat xidmətinə açıqlama...