“Qarabağ” ilk yoxlama matçında darmadağınla qalib gəldi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qarabağ”la “Keşlə” təlim-məşq toplanışını davam etdirir.
BAKU.WS "Apasport.az"a istinadən xəbər verir ki, komandalar hazırlıq çərçivəsində ilk yoxlama görüşünü bir-birlərinə qarşı keçiriblər.
Azersun Arena”da baş tutan qarşılaşmada Ağdam təmsilçisi böyükhesablı qələbəyə sevinib. Qurban Qurbanovun yetirmələri artıq ilk hissədəcə rəqib qapısından 4 cavabsız top keçirərək görüşün taleyini həll edib.
Xayme Romero və icarədən qayıdan Musa Qurbanlının dubl etdiyi oyunda yeni transfer Kadi Borqes də fərqlənib. “Qarabağ” rəqibini 7 cavabsız qolla darmadağın edib.
Qeyd edək ki, iyunun 30-də “Qarabağ”la “Sumqayıt” yoxlama görüşündə üz-üzə gələcək.
Yoxlama görüşü26 iyun“Qarabağ” – “Keşlə” – 7:0Abdullah Zubir, 22, Xayme Romero, 28, 30, Musa Qurbanlı, 44, 47, Kadi Borqes, 61, Hüseyn Hüseynzadə, 88
Oxşar xəbərlər
"Qarabağ" üstünlüyünü qoruya bilmədi, "Vilyareal" qalib gəldi - FOTO
Avropa Liqasında qrup mərhələsinin II turu start götürüb. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyunun...