"Qarabağ" dünya reytinqində doqquz pillə irəliləyib
"Qarabağ" klubu dünya reytinqində mövqeyini yaxşılaşdıraraq doqquz pillə irəliləyib.
BAKU.WS xəbər verir ki, bu dəyişiklik Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) dərc etdiyi son siyahıda əks olunub.
200 xala malik "Köhlən atlar" hazırda 60-cı pillədə qərarlaşıb.
Digər Azərbaycan klublarına gəlincə, 96 xalı olan "Sabah" 224-cü yerdən 211-ci sıraya yüksəlib. "Zirə" 63 xalla 389-cu pillədən 418-ci yerə enib. "Araz-Naxçıvan" isə 59 xalla 456-cı mövqedən 468-ci sıraya geriləyib.
Ümumilikdə 502 komandanın yer aldığı reytinq cədvəlinə 595 xalla Fransanın PSJ klubu başçılıq edir.
Oxşar xəbərlər
"Qarabağ"ın tanınmış azarkeşi Zəfər Hacılının vəfatı ilə bağlı rəsmi AÇIQLAMA
"Qarabağ" futbol klubunun azarkeşi Zəfər Hacılının ölümündən üç gün öncə etdiyi sosial şəbəkə paylaşımı ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yard...