"Qarabağ"dan azarkeşləri üçün növbəti böyük jest
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" klubu Bizon Azərbaycan Kuboku çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" qarşılaşması ilə bağlı daha bir jest edib.
BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bəzi azarkeş kateqoriyaları üçün xüsusi güzəştlər tətbiq olunacaq. Belə ki, 15 yaşınadək uşaqlar valideynləri ilə birlikdə stadiona gəldikləri halda ödənişsiz daxil ola biləcəklər.
Uşaqların və onlarla stadiona gələcək valideynlərin, eləcə də xanımların biletləri mütləq şəkildə oyun günü kassalardan əldə olunmalıdır. Biletsiz giriş mümkün deyil.
Xatırladaq ki, qarşılaşmada tribunadan komandaya dəstək olmaq istəyən qadınlar da stadiona heç bir ödəniş etmədən daxil ola biləcəklər.
Qeyd edək ki, "Sabah"la baş tutacaq oyun aprelin 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Matç saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...