"Qarabağ"dan ayrılan qapıçı Portuqaliya klubuna transfer oldu
23
iyn
2026
10:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu yaxınlarda "Qarabağ" klubu ilə yollarını ayıran qapıçı Fabiyan Buntiçin karyerasını harada davam etdirəcəyinə aydınlıq gəlib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, xorvatiyalı qolkiper Portuqaliyanın 2-ci liqasında çıxış edən "Farense" klubuna transfer olub.
Klub rəhbərliyi yeni transferini ictimaiyyətə və azarkeşlərə təqdim edərək, "Xoş gəldin, Buntiç!" - deyə xüsusi mesaj paylaşıb.
Xatırladaq ki, Fabiyan Buntiç 2024-cü ildə "Qarabağ" klubuna Almaniyanın "İnqolştadt" komandasından transfer edilmişdi.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...