"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
01
iyl
2026
10:05
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə daha iki yoxlama oyunu keçirəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk olaraq Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
"Köhlən atlar" ikinci matçında Macarıstanın "Ferentsvaroş" kollektivi ilə qarşılaşacaq. Bu görüş isə saat 19:30-da başlayacaq.
Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3.
Oxşar xəbərlər
"Qarabağ"ın rəqibinin futbolçusu: "Bizim üçün heç-heçə məğlubiyyətə bərabərdir"
"Qarabağ" kifayət qədər güclü kollektivdir. Ümid edirəm ki, müsbət nəticə əldə edəcəyik və bunun üçün əlimizdən gələni əsirgəməyəcəyik". BAKU.WS topsport.bg say...