"Qarabağ" Azərbaycanı UEFA-da iki pillə irəli saldı

Ağdamın "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ölkə reytinə müsbət təsir göstərib.
BAKU.WS-in məlumatına görə, "Qarabağ" "Ferentsvaroş"a 2:3 hesabı ilə məğlub olmasına baxmayaraq mərhələni keçdiyi üçün ölkə reytinqinə 1500 bonus xalı qazandırıb. Bununla Azərbaycan aktivindəki xalların sayını 21,000-a çatdırıb. Azərbaycan bununla 28-ci pillədən 26-ya yüksəlib. Ölkəmiz Sloveniya (20,468) və Ukraynanı (19,850) geridə qoyub. Slovakiya (21,375) isə ölkəmizdən bir pillə öndədir.
Xatırladaq ki, Azərbaycan yeni mövsümə 17,125 xalla start götürmüşdü. Avrokuboklara 4 klubla mübarizəyə başlayan Azərbaycan 3-cü təsnifat mərhələsindən sonra yalnız "Qarabağ"la təmsil olunur.
Oxşar xəbərlər
Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun məkanı bəlli oldu
Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF13) 2026-cı il mayın 18-22-də baş tutacaq. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, genişmiqyaslı tədbir Bakı O...
