"Qarabağ" - "Ayntraxt" oyununun təyinatları açıqlanıb
Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununun təyinatları açıqlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Sandro Şerer olacaq. Ona həmyerliləri Stefan De Almeyda və Yonas Erni kömək göstərəcək. Dördüncü hakim funksiyasını Yohannes fon Mandak yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fendrix əyləşəcəklər.
UEFA nümayəndəsi isə isveçli Per Eliassondur.
Xatırladaq ki, "Qarabağ" - "Ayntraxt" qarşılaşması yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Kriştiano Ronaldo karyerasını bitirdikdən sonra nə edəcəyini açıqladı – "Futbol böyük boşluq yarada bilər"
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo futbolçu karyerasını başa vurduqdan sonrakı həyatına dair...