"Qarabağ" Albaniya millisinin qapıçısına təklif göndərdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" Türkiyənin "Menemenspor" klubunun futbolçusu Gentian Selmanini transfer etmək istəyir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə I liqa təmsilçisinin baş məşqçisi Cenk Laleci deyib.
39 yaşlı mütəxəssisin sözlərinə görə, Ağdam klubu 22 yaşlı qapıçı üçün rəsmi təklif göndərib: "Selmanini yalnız yerli yox, əcnəbi klublar da izləyir. Gənc qolkiperə görə "Qarabağ"dan təklif gəlib. Danışıqlar davam edir".
Qeyd edək ki, bu mövsüm "Menemenspor"un heyətində 28 oyunda meydana çıxan Gentian Selmani Albaniya millisinin də üzvüdür.
Oxşar xəbərlər
Koronavirusa yoluxan məşhur idmançılar - SİYAHI
Dünyada yayılan koronavirus pandemiyası idman sahəsinə də təsirsiz ötüşməyib. BAKU.WS xəbər verir ki, artıq bir sıra beynəlxalq idman yarışları təxirə salınıb....