“Qalatasaray”la “Fənərbağça” Bakıda oynayacaq?

“Qalatasaray”la “Fənərbağça” Bakıda oynayacaq?
İdman 0

Türkiyə Super Kuboku uğrunda qarşılaşmanın keçirilmə yeri ilə bağlı iki variant var.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verr ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi məlumat verib.

O bildirib ki, dekabrın 30-da təşkil olunacaq Super Kubok oyunu Səudiyyə Ərəbistanı və ya Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq.

Hazırda maliyyə məsələləri ilə bağlı məsələlər müzakirə olunurdu.

Super Kubok görüşündə Super Liqanın qalibi "Qalatasaray"la ölkə kubokunu qazanmış "Fənərbağça" üz-üzə gələcək.

Bir müddət əvvəl Dursun Özbek qarşılaşmanın Azərbaycanda baş tutacağı barədə sualı cavablandırarkən qərarı Federasiyanın verəcəyini açıqlamışdı.

Son xəbərlər