"Qalatasaray"ın sabiq futbolçusu rəsmən "Sabah"da
05
sen
2023
15:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan verilən məlumata görə, nigeriyalı vinger Cesse Sekidika bundan sonra komandanın uğurları üçün çalışacaq.
27 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Sekidika karyerası ərzində Serbiyanın "Napredak" (2015-2018), Türkiyənin "Eskişehirspor" (2018-2020), "Qalatasaray" (2020-2021), "Konyaspor" (2021), "Eyüpspor" (2022), "Ümraniyespor" (2023) və Belçikanın "Leven" (2021) klublarında oynayıb.
Cesse "Sabah"da 70 nömrəli formada çıxış edəcək.
Oxşar xəbərlər
“Sabah”dan növbəti səs-küylü transfer: Sabiq “Qalatasaray”lı ilə anlaşma əldə edildi
Bir neçə gün əvvəl Ayaz Quliyevi heyətinə qatan “Sabah” daha bir “transfer bombası”nı partlatmağa hazırlaşır. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, paytaxt...