“Qalatasaray”da Muslera dövrü bitir - Yeni qapıçısı o olacaq - FOTO
Türkiyə futbolunun köklü klublarından olan “Qalatasaray” Superliqa və Avropadakı uğurlarına yenisini qatmaq üçün güclü qapıçı axtarışına çıxıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kolumbiyanın gənc istedadlarından sayılan Kevin Mier “sarı-qırmızılılar”ın radarındadır. Okan Buruk bu istedadlı “əlcək sahibi”ni Uruqvay - Kolumbiya matçında izləyəcək. Bəyənsə, transfer üçün cəhdlər edəcək.
Kevin Mier, “Atletico Nacional”da forma geyinir və Kolumbiya futboluna böyük töhfə verən istedadlı qapıçı kimi seçilir. 23 yaşlı qolkiper 2023-cü ildə 39 matçda qapısını uğurla qoruyub və onun hazırkı bazar dəyəri 3,2 milyon avro olaraq qeyd edilir.
Boyu 1,90 sm olan Mier karyerası boyunca “Atletiko Nacional”, “Valledupar” və “Santa Fe” klublarında çıxış edib, həmçinin Kolumbiya U20 millisində 14 matçda iştirak edib. Onun "Atletiko Nasional"la 2025-ci ilə qədər müqaviləsi var.
Qalereya
Oxşar xəbərlər
Hansı baş məşqçi komandasını çempion edə biləcək? - "CimBom"
Dünən axşam "Beşiktaş"ın "Qalatasaray"ı məğlub etməsindən sonra Super Liqada çempionluq mübarizəsi daha da gərginləşib. BAKU.WS xəbər verir ki, hazırda 30 oyund...