"Qalatasaray" rusiyalı futbolçu üçün rəsmi danışıqlara başlayıb
Türkiyənin "Qalatasaray" klubu Moskvanın "Lokomotiv" komandasında çıxış edən Aleksey Batrakovun transferi üçün rəsmi danışıqlara başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə türkiyəli jurnalist Səfa Kaan Öztürk sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, İstanbul təmsilçisi hücumameyilli yarımmüdafiəçi axtarışında diqqətini Rusiya bazarına yönəldib. Bildirilir ki, "Qalatasaray" 21 yaşlı futbolçunun transferi ilə bağlı "Lokomotiv"lə rəsmi danışıqlara start verib.
Mənbənin iddiasına əsasən, Batrakov hazırda Fransa təmsilçisi "Strasburq"un yarımmüdafiəçisi Xulio Ensisodan daha prioritet namizəd hesab olunur.
Aleksey Batrakov ötən mövsüm bütün turnirlərdə 36 oyunda meydana çıxaraq 17 qol vurub və 12 məhsuldar ötürmə edib. Futbolçunun "Lokomotiv"lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı onun transfer dəyərini 28 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
FİFA dünya çempionatının hüquqlarının satılmasından imtina etdi
Beynəlxalq Futbol Federasiyası (FİFA) dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı layihədən rəsmən imtina e...